Polis əhalini şəxsiyyət vəsiqəsilə təmin edir – Öz evlərində - FOTO

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər həyata keçirilir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, müəyyən səbəblərdən rayon mərkəzinə gələ bilməyən ucqar yaşayış məntəqələrinin sakinlərinin müraciəti əsasında, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbir Astara RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Astara rayonunun ucqar dağ kəndləri olan Asxanakəran və Hamoşam sakinlərinə elə öz kəndlərində xidmət göstərilib. Hər iki kənd rayon mərkəzindən təxminən 50 kilometr uzaqlıqda yerləşdiyindən sakinlər üçün şəxsiyyət vəsiqəsini almaq və ya dəyişdirmək çətin olmasın deyə polis əməkdaşları özləri həmin yaşayış məntəqələrində olublar. Ümumilikdə səyyar xidmət zamanı Asxanakəran kəndində 200, Hamoşam kəndində isə 300-ə yaxın vətəndaşın sənədləri qəbul edilib ki, onların arasında xeyli sayda ilk dəfə şəxsiyyət vəsiqəsi alanlar vardı.
Tədbir zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmayıb və polis əməkdaşları həmin sakinləri yeni şəxsiyyət vəsiqəsi ilə təmin etmək üçün onların yaşadıqları ünvanlara gedərək müvafiq sənədləri toplayıblar.
Analoji tədbirlər digər kəndlərdə də davam etdirəcək
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














