Polisin maarifləndirici tədbirləri davam etdirilir – FOTO

Siyəzən RPŞ-nin təşkilatçılığı ilə şəhərin1 saylı tam orta məktəbində rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Dini Qurumlarla İş üzrə bölgə şöbəsinin məsul təmsilçilərinin, məktəbin pedaqoji kollektivi v əyuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis mayoru Qoşqar Kazımov cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələrdən və fəsadlardan danışıb. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun bəlasından qurtula bilmir, əksinə. öz gələcəyini bilərəkdən məhv edir. Narkoticarətçilər isə məhz iradəsi zəif olan gənclər vasitəsi ilə öz şəbəkələrini genişləndirərək xüsusən məktəbliləribu işə cəlb etməyə, qazanc götürməyə çalışırlar. Bunun qarşısını almaq, gələcəkdə zərərli vərdişlərdən qorunmaqüçün şagirdləröz ətraflarına hər zaman diqqət yetirməli, narkotiklərin qanunsuz dövvriyyəsi ilə məşğul olan şəxsləri gördükdə, belələri barədə hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, polis əməkdaşlarına məlumat verməlidirlər.
Sonra çıxış edən din xadimi İmran Xudaverdili ölkəmizdə hər bir şəxsin dini azadlıq və inancına hörmətlə yanaşıldığını bildirib. Ölkəmizdə tolerantlığın mövcud olduğunu, din pərdəsi altında fəaliyyət göstərən qruplaşmalara qarşı ciddi mübarizə tədbirlərinin aparıldığını deyən İ.Xudaverdiligənc nəslin nümayəndələriniyalan vədlərə inanmamağa çağırıb, dini mövzularla bağlı zəruri bilgiləri, lazımi məsləhətləri bu sahənin mütəxəssislərindən və valideynlərdən almağı tövsiyə edib.
Sonda məktəbin direktoru Nəcməddin Mürvətov tədbirin təşkilinə görə təşəkkürünü bildirib,tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə iştirakçılarıtəbrik edib.
Nizam Həmidov,
polis leytenantı
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO











