Polislər məktəblilərlə görüşə gəldi - FOTOLAR

Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Məşrif kənd tam orta məktəbində yuxarı sinif şagirdləri ilə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyətinin, Dini qurumlarla iş üzrə zona təmsilçiləri, Təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji və yuxarı sinif şagirdləri iştirak ediblər.
RPŞ-nin rəis müavini, polis mayoru Qoşqar Kazımov çıxış edərək narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından söhbət açıb, narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər, eləcə də insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verib. O, ölkənin hər yerində narkomanlıqa mübarizənin gücləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasından və bu işdə cəmiyyətin hər bir üzvünün fəallıq göstərməsinin zəruriliyindən danışıb.
RPŞ-nin əməkdaşları polis baş leytenantı Fərahim Qasımov dini radikalizm haqda danışaraq, ölkəmizdə dini azadlığın, tolerantlığın mövcud olduğunu qeyd edib. Lakin heç bir şəxs bu azadlıqdan istifadə edərək din pərdəsi altında fəaliyyət göstərən qruplaşmalar yaratmamalı və onların təsiri altında fəaliyyət göstərməməlidir. Daha sonra erkən nigahlar mövzusuna toxunan polis zabiti erkən nigahın doğurduğu mənfi cəhətləri və gənc ailələrdə yaratdığı problemlərdən söz açıb.
Siyəzən RPŞ-nin DYPB əməkdaşı polis kapitanı Dilşən Məmmədov məktəblilərə yaşadıqları kəndin səfalı yerdə olduğundan buraya gələn turistlərin çox olduğunu və öz sağlamlıqları üçün yollarda hərəkət edərkən diqqətli olmalarını, qaranlıq vaxtlarda yol keçərkən əvvəlcədən yola diqqət yetirməli, daha sonra hərəkət etmələrinin zəruriliyini bildirib.
RİH-nin numayəndəsi Balabəy Balabəyov RPŞ-nin təşkilatçılığı ilə keçirilən belə tədbirlərin əhəmiyyətini qeyd edərək, milli mənəvi dəyərlərin qorunub saxlanması və inkişafının məhz sağlam gəncliyimizdən asılı olduğunu bildirib.
Tədbirin sonunda hüquq-mühafizə orqanlarının əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Nizam Həmidov,
polis leytenantı
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO

















