Qadın polis 295 kq ağırlığı qaldıraraq qızıl medal qazandı - FOTO

Mayın 28-də “Zirvə” idman zalında Pauerliftinq üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə beynəlxalq turnirə start verilib. Üç gün davam edəcək yarışda müxtəlif çəki dərəcələrində 250-dən çox yerli və xarici idmançı gücünü sınayır. Bu idman növü kişilərlə yanaşı, qadınlar arasında da populyarlaşmaqdadır. Hər il keçirilən ölkə çempionatlarında belə deyək, “zərif güclü”lərimizin sayının və onların göstərdikləri nəticələrin artması bunu bir daha təsdiq edir.
Artıq yarışın ikinci günü qadınların mübarizəsi yekunlaşıb və qaliblər müəyyənləşib. Sabunçu RPİ-nin kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis leytenantı Ədilə Qurbanova da bu yarışda adını növbəti dəfə çempionlar sırasına yazdırıb. Təmsilçimiz qadınlar arasında ştanqı sinədən qaldırma (benç-press), oturub-durma (squat) və qurşağadək dartma (dedlift) hərəkətlərində ümumilikdə 295 kiloqram ağırlığı qaldıraraq yarışın qızıl medallarını qazanıb.
Polis leytenantı Ədilə Qurbanova idmanın karate və pauerliftinq növləri ilə məşğul olur. Səkkizqat respublika çempionu olan təmsilçimiz 2 dəfə dünya kubokunun sahibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Paurliftinqdə 3 dəfə respublika birincisidir.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO














