Qadın polisimiz 2 dəfə dünya kubokunun sahibi olub - FOTO

Martın 17-də “AAAF Park” Yaşayış Kompleksinin idman zalında Pauerliftinq üzrə Azərbaycan çempionatına start verilib. Üç gün davam edəcək yarışda müxtəlif çəki dərəcələrində 100-dən çox idmançı gücünü sınayır. Bu idman növü kişilərlə yanaşı, qadınlar arasında da populyarlaşmaqdadır. Hər il keçirilən ölkə çempionatlarında belə deyək, “zərif güclü”lərimizin sayının və onların göstərdikləri nəticələrin artması bunu bir daha təsdiq edir. Artıq yarışın ikinci günü qadınların mübarizəsi yekunlaşıb və qaliblər müəyyənləşib. Sabunçu RPİ-nin kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis leytenantı Ədilə Qurbanova da bu yarışda adını növbəti dəfə çempionlar sırasına yazdırıb. Təmsilçimiz qadınlar arasında ştanqı sinədən qaldırma (benç-press) və qurşağadək dartma (dedlift) hərəkətlərində ümumilikdə 205kiloqram ağırlığı qaldıraraq yarışın qızıl medallarını qazanıb.Qeyd edək ki, yarış qarşıdakı beynəlxalq turnirlərə seçmə və sınaq xarakteri daşıyır.
Polis leytenantı Ədilə Qurbanova idmanın karate və pauerliftinq növləri ilə məşğul olur. Səkkizqat respublika çempionu olan təmsilçimiz 2 dəfə dünya kubokunun sahibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Paurliftinqdə 3 dəfə respublika birincisidir.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















