Quba yolunda "Bentley" qəzaya düşdü: Kəmər sürücünün həyatını xilas etdi - VİDEO

Bakı–Quba yolunda qəza baş verib. Avtosfer.az DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, aprelin 1-də saat 06:00 radələrində “Bentley” markalı avtomobil Bakı–Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir mühəccərlərə çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb: "İlkin ehtimala görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi olub. Belə ki, idarəetmədən çıxan avtomobil dəfələrlə aşaraq təxminən 500 metr məsafədə sürüklənib. Bu cür ağır hadisələr zamanı təhlükəsizlik kəməri istifadə olmadıqda sürücü və ya sərnişinlər zərbənin təsiri ilə ya avtomobildən kənara atılır, ya nəqliyyat vasitəsinin altında qalır, ya da salon daxilində sükan, şüşə və digər sərt hissələrə çırpılır ki, bu da əksər hallarda ölümlə nəticələnir. Məhz bu hadisədə isə təhlükəsizlik kəməri qoruyucu rolu oynayaraq sürücünü oturacaqda sabit saxlayıb və onun həyatını xilas edib.
Bu səbəbdən təhlükəsizlik kəmərindən istifadə etmək və bunu nəqliyyat vasitəsində əyləşən hər kəsdən tələb etmək sadəcə qayda deyil, bu, insanın öz həyatına, ailəsinə və yaxınlarına verdiyi dəyərin göstəricisidir.
Bir daha sürücülərə və sərnişinlərə müraciət edirik ki, sükan arxasına əyləşdiyiniz ilk andan etibarən təhlükəsizlik kəmərini taxın. Qısa məsafə, aşağı sürət və ya “heç nə olmaz” düşüncəsi heç kimi qaydalara riayət etməkdən uzaqlaşdırmasın. Çünki qaydalar insan həyatını qorumaq üçün var".
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












