Qubada polis bayramı qeyd edilib - FOTO

Quba Rayon Polis Şöbəsində Daxili İşlər Nazirliyinin yaranmasının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçirib. Əvvəlcə Rayon Polis Şöbəsinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər. RPŞ-də keçirilən tədbirdə çıxış edən rəis, polis polkovniki Süleyman Neymətov şəxsi heyəti Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə təbrik edib. Daxili işlər orqanlarının keçdiyi yol, şərəfli tarix barədə məruzə edərək, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğunu, sabitliyin, əmin-amanlığın qorunması üçün fədakar xidmət etdiyini deyib.
Sonra çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə onları təbrik edib. Daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirib, şəxsi heyətə gələcək fəaliyyətində də uğurlar arzulayıb.
Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.
Nizam Həmidov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
























