Ramil Usubov: “Azərbaycanda il ərzində 2 mindən çox cinayətin üstü açılır”

“Azərbaycanda il ərzində 2 mindən çox cinayətin üstü açılır. Həyata keçirilən tədbirlər nəticəsində insan hüquq və azadlıqlarının pozulması, korrupsiyaya şərait yaradan və digər neqativ halların sayı nəzərəçarpacaq dərəcədə aşağı düşüb”.
Avtosfer.az-ın xəbərinə görə, bunu Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.
Nazir qeyd edib ki, son 15 ildə respublikada hər 100 min nəfərə ümumi cinayətlərin sayı, eləcə də qəsdən sağlamlığa ağır zərər vurma, oğurluqların, xuliqanlıqların sayı əksər Avropa ölkələri ilə müqayisədə az, bəzi hallarda isə dəfələrlə azdır: “Son 15 ildə 48 mindən çox axtarışda olan şəxs məhkəmə istintaq orqanlarına təhvil verilib, cinayətlərin açılması orta hesabla 87 faiz təşkil edir. Qeydə alınan cinayətlərin təxminən 88 faizi heç bir ağır təhlükə törətməyən və az ağır cinayətlərdir”.
R.Usubov vurğulayıb ki, ölkədəki xalq-iqtidar birliyi sabitliyin yaranmasında, möhkəmlənməsində, təhlükəsizliyin təmin edilməsində biri daha özünü göstərir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












