Ramil Usubov DYP və PPX-nın xidmətlərindən danışdı - İşıq problemi zamanı

“Hadisə baş verəndən sonra dərhal göstəriş verdim ki, biz fövqəladə hallarda hansı hərəkəti etməliyik. Daxili İşlər Nazirliyi olaraq digər qurumlarla birlikdə asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər işlədik hazırladıq və həyata keçirməyə başladıq”. Avtosfer.az-ın məlumatına görə, bunu bu gün daxili işlər naziri Ramil Usubov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə bildirib. DİN rəhbəri qeyd edib ki, təqribən 30 min nəfərin təxliyə olunmasında Fövqəladə Hallar Nazirliyi ilə birgə iştirak ediblər: “Eyni zamanda, avtobusların vətəndaşlarımızı evlərinə aparmasında da yol polisi onları müşayiət etdi. Hərəkətin təhlükəsizliyi ilə bağlı Dövlət Yol Polisi ilə bərabər Post Patrul Xidmətinin 150 nəfər əməkdaşını da Bakı şəhərində bu işə cəlb etdik və normal hərəkət təmin olundu. Bundan sonra dövlət əhəmiyyətli obyektlərin, diplomatik korpusların yerləşdiyi ərazilərin qorunması da tərəfimizdən gücləndirildi.
Elektrik enerjisinin olmaması ilə bağlı bu iki gündə elə bir ağır cinayət hadisəsi baş verməyib. Bu gün ölkəmizdə vəziyyət tam nəzarət altındadır. Bəzi təxribata çağırışlar olur, həmin adamları da biz müəyyənləşdiririk və qanun çərçivəsində onlar haqqında tədbir görülməsi davam etdirilir”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













