Ramil Usubov idmançı xanıma mükafat verdi - FOTO

Mayın 29-da DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya, dünya və Avropa çempionu, respublikanın əməkdar idman ustası Zemfira Meftahəddinovanın ad günü idi. Bu münasibətlə DİN-də keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov onu təbrik edib, Azərbaycan bayrağını mötəbər beynəlxalq arenalarda dalğalandıran dünya şöhrətli idmançımızın həm də daxili işlər orqanlarında idmanın inkişafında və təbliğində xüsusi rolunu vurğulayıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Ulu öndərimizin diqqət və qayğısı ilə həyata keçirilən, möhtərəm dövlət başçımızın uğurla davam və inkişaf etdirdiyi idman siyasəti nəticəsində bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığına, bir çox möhtəşəm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin artıq ənənə halı aldığına diqqət çəkən nazir R.Usubov təmsilçilərimizin bu gün dünyanın ən güclüləri sırasında olduqlarını, polis polkovniki Zemfira Mehtahəddinovanın ilk sırada yer tutaraq müstəqilliyimiz dövründə Sidney və Afina olimpiadalarında qazandığı tarixi qələbələri nəzərə çatdırıb.
General-polkovnik Ramil Usubov bu nailiyyətlərə qədər DİN İdman Cəmiyyətinin yetirməsi kimi Z.Meftahəddinovanın dünya və Avropa çempionatlarında ölkə idmanının şərəfini layiqincə qoruduğunu, 1994-cü ildən polis zabiti kimi bu qurumun sıralarında müxtəlif vəzifələrdə çalışdığını, daxili işlər orqanları əməkdaşlarının fiziki hazırlığının artırılması üçün böyük əmək sərf etdiyini, xidmətlərinin dövlət tərəfindən “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə qiymətləndirildiyini məmnunluqla xatırladıb, təltif olunduğu DİN-in “Fəxri fərman”ını ona təqdim edib.
Barəsində deyilən xoş sözlərə, ölkə və DİN rəhbərliyinin xüsusi diqqət və qayğısına görə minnətdarlığını bildirən Zemfira Meftahəddinova idmanımızın inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini deyib.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO













