Sumqayıtda polis bayramına həsr olunmuş yarış keçirilib – FOTO

İyunun 30-da DİN İdman Cəmiyyətinin Sumqayıt Regional Qurumunun təşkilatçılığı ilə şəhər Olimpiya İdman Kompleksində Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş cüdo üzrə DİN-in açıq birinciliyi keçirilib. Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib. Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov yarış iştirakçılarını salamlayıb. Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə gerçəkləşən bu yarışda onlara uğurlar arzulayıb. O bildirib ki, bir əsrlik tarixi olan Azərbaycan polisi keşməkeşli, lakin şərəfli yol keçib, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib.
Qeyd edilib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyulub, ölkədə sabit inkişaf üçün zəmin yaranıb. Ümummilli liderimizin rəhbərliyi ilə reallaşan islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradılıb, nazirlik sistemində günün tələblərinə cavab verən yeni qurumlar təsis edilib və bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmin uğurlu siyasəti davam etdirir.
Daha sonra DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova bildirib ki, respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər qazanılıb. Durmadan artan iqtisadi qüdrətimiz, idmana olan diqqət və qayğı nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdmanın maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə müasir idman qurğularının tikilməsi on minlərlə yeniyetmə və gəncin idmana cəlb olunmasına şərait yaradıb.
Yarışın açılış mərasimində gimnastların nümunəvi çıxışları və milli rəqslər əsl bayram ovqatı yaradıb.
Komandaların tribuna önündən keçidindən sonra yarışlara start verilib.
Birincilikdə 29 komandadan müxtəlif çəki dərəcələri üzrə 250 nəfər idmançı qələbə uğrunda mübarizə aparıb.
Bayram əhval-ruhiyəsi ilə keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Sumqayıt şəhər Uşaq Gənclər İdman məktəbi, DİN İdman Cəmiyyətinin Sumqayıt şəhər Regional Qurumu və Siyəzən rayonundan olan idmançılar qərarlaşıblar.
Regional Qurumun baş inspektoru, polis polkovniki Firudin Tağıyev idmançıların yarış hazırlığını yüksək qiymətləndirib, onların gələcəkdə perspektivli cüdoçular kimi yetişəcəyinə inandığını bildirib.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO
DYP duman faralarından düzgün istifadə etməyən sürücüləri aşkarladı - VİDEO















