Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI

Sürücülər arasında daha çox müşahidə olunan bəzi təhlükəli vərdişlər açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev danışıb.
R.Tağıyev bildirib ki, yol hərəkətində təhlükəsizlik təkcə qaydaların mövcudluğu ilə deyil, həmin qaydalara əməl olunması ilə təmin edilir:
“Təəssüf ki, bəzi hallarda sürücülər tərəfindən yol verilən diqqətsiz və məsuliyyətsiz davranışlar yollarda riskli vəziyyətlərin yaranmasına səbəb olur. Bəzən sürücülər bu davranışların təhlükəli olduğunu hiss etməsələr də, məhz belə vərdişlər bir çox yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə zəmin yaradır”.
Şöbə rəisinin sözlərinə görə, yol hərəkətində təhlükəsizlik yalnız bir nəfərin deyil, bütün hərəkət iştirakçılarının məsuliyyətindən asılıdır: “Sükan arxasında verilən hər qərar, edilən hər manevr həm sürücünün özünün, həm də digər insanların həyatına birbaşa təsir göstərir. Bu baxımdan bəzi vərdişlər var ki, onlar xüsusilə riskli hesab olunur və yollarda təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur”.
O, sürücülər arasında daha çox rast gəlinən təhlükəli vərdişləri sadalayıb:
- Sükan arxasında telefondan istifadə etmək - mesaj yazmaq, sosial şəbəkələrə baxmaq və ya telefonla danışmaq sürücünün diqqətini yoldan yayındırır və qəza riskini əhəmiyyətli dərəcədə artırır.
- Ara məsafəsini düzgün saxlamamaq - xüsusilə sıx hərəkət şəraitində nəqliyyat vasitələrinin bir-birinə həddindən artıq yaxın məsafədə hərəkət etməsi çox vaxt toqquşmalarla nəticələnir.
- Sürət həddini aşmaq - yüksək sürət nəqliyyat vasitəsi üzərində nəzarəti çətinləşdirir, eyni zamanda hadisə baş verdiyi zaman nəticələrin daha ağır olmasına səbəb olur.
- Yorğun və yuxusuz halda avtomobil idarə etmək - uzun müddət fasiləsiz sükan arxasında olmaq sürücünün diqqətinin zəifləməsinə, reaksiya vaxtının gecikməsinə və təhlükəni vaxtında qiymətləndirə bilməməsinə səbəb olur.
- Riskli və tələsik manevrlər etmək - zolaqları tez-tez dəyişmək, təhlükəli ötmə hərəkətləri etmək və digər hərəkət iştirakçılarının hərəkətini nəzərə almamaq yolda ciddi təhlükə yaradır.
R.Tağıyev qeyd edib ki, yol hərəkəti hər birimizin iştirak etdiyi ümumi bir sistemdir və bu sistemdə təhlükəsizlik hər kəsin məsuliyyətli davranışından asılıdır. O qeyd edib ki, sükan arxasında diqqətli və intizamlı olmaq təkcə şəxsi təhlükəsizliyin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasına xidmət edir.
“Diqqət, uşaqlar!” aylığı: Məktəblər ətrafında nəzarət gücləndirilib - VİDEO
Yol polisi “Diqqət, uşaqlar!” profilaktik aya start verib - FOTOSESSİYA
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin iclasında iştirak etdi - FOTOLAR
Qəzanın qarşısını almaq sürücünün öz əlindədir – DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO










