Sürücülərin diqqətinə: bu halda dəfələrlə cərimə oluna bilərsiniz - VIDEO

Yol hərəkəti haqqında qanuna edilən dəyişikliyə əsasən artıq icbari sığortası olmayan sürücülər elektron qaydada aşkar edilərək cərimələnəcək. Məsələ ilə əlaqədar Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, icbari sığorta olmadan avtomobilin idarə edilməsi xüsusi texniki qurğuların köməyi ilə aşkar edilir. Sözsüz ki, həmin şəxslər barəsində elektron qaydada protokollar tərtib edilir, qeydiyyatda olduğu, yaxud yaşadığı ünvana kağız daşıyıcıda göndərilir.
20 gün ərzində sürücüyə təkrar olaraq cərimə tətbiq edilmir. Burada protokolun ona çatıb-çatmaması məsələsi yoxdur. 21-cü gün əgər sürücü hər hansı sığorta şirkəti ilə müqavilə bağlayaraq avtomobili sığorta etdirməsə ona yenidən inzibati xəta haqqında protokol tərtib edilir. Bu qaydaya əgər sürücü avtomobili sığortasız idarə edərsə hər 20 gündən bir barəsində cərimə tətbiq edilir.
K. Əliyev onu da əlavə edib ki, bir çox hallarda sürücülər elə düşünürlər ki, onların icbari sığortası var. Amma müddətin bitib-bitməməsinə diqqət etmirlər. Nəticədə hər 20 gündən bir barələrində cərimə tətbiq olunur. “Bəzən sürücü yaşadığı ünvanı, yaxud avtmobilin nömərsini dəyişir və düşünür ki, sığortam var. Amma həmin sığorta müqaviləsi qüvvədə olmur. Əgər sığorta şirkəti təsdiq etsə ki, həmin müddət ərzində sürücünün icbarı sığortası qüvvədə olub o zaman barəsində tətbiq edilmiş protokol ləğv edilə bilər. Yox əgər şirkət bunu təsdiq etməzsə o zaman şəxs cərimələri ödəmək məcburiyyətindədir.”
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












