Şuşaya avtomobillə gedənlərin NƏZƏRİNƏ: 150 manat cərimə oluna bilərsiniz - VİDEO - YENİLƏNİB

"Şuşa şəhərində hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə, yol hərəkətinin təşkilində müəyyən dəyişiklik edilib".
Avtosfer.az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
Qeyd olunub ki, Xankəndi şəhəri istiqamətindən Şuşa şəhərinə giriş və çıxış müvafiq olaraq, İstiqlal və 8 Noyabr küçələri üzrə birtərəfli hərəkət təşkil olunub.
"Adıçəkilən küçələrdə hərəkətin nizamlanması üçün müvafiq yol nişanları quraşdırılıb, zəruri təhlükəsizlik və nəzarət tədbirləri görülüb.
Vətəndaşları Şuşa şəhərində hərəkətin təhlükəsiz və rahat təşkili məqsədilə edilən dəyişiklikləri nəzərə almağa, yol nişanları və digər nizamlama vasitələrinin tələblərinə diqqətlə əməl etməyə tövsiyə edirik", - deyə məlumatda vurğulanıb.
***
Şuşa şəhərində yol hərəkətinin təşkili ilə bağlı dəyişiklik edilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.
Bildirilib ki, Şuşa qalasının qarşısından keçən avtomobil yolunda hərəkət artıq birtərəfli qaydada təşkil olunub. Ərazidə sürücülərin hərəkətinə nəzarət məqsədilə xüsusi müşahidə kameraları da quraşdırılıb.
Qeyd edilib ki, müəyyən olunan hərəkət qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar. Belə ki, əks istiqamətdə hərəkət edən sürücülər 4 cərimə balı və 150 manat məbləğində cərimə ilə üzləşə bilərlər.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












