Təqaüddə olan polis qatil çıxdı: 12 qətl, 51 zorlama və 120 soyğun

ABŞ-ın Kaliforniya ştatında təqaüdə çıxmış 72 yaşlı polis Cozef Ceyms Dianqelo seriyalı qatil şübhəsi ilə həbs edilib. Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq polis 1976-1986-cı illərdə 12 nəfərin qətli, 51 zorlama faktı və 120 soyğunda ittiham edilir. Cozefin DNK-sı bəzi cinayətlərdəki izlərlə üst-üstə düşür. Bu cinayətləri törətmiş şəxs "Golden State qatili" adını alıb, Federal Tədqiqatlar Bürosu həmin insanın tapılmasına kömək edənə 2 il əvvəl 50 min dollar mükafat vəd edib. Dianqelo 1979-cu ildə mağazalardan oğurluq ittihamına görə işdən çıxarılıb. Qızı və nəvəsi ilə yaşayan Cozef Ceymsin pul, ziynət əşyaları oğurladığı, 12-41 yaşlı qız uşaqları və qadınları öldürdüyü iddia edilir.
Əgər ittihamlar sübut edilsə, Cozef Ceyms Dianqelo edam edilə bilər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












