Uğurlar sorağında – Daha bir idmançı polis

Ramik Nəzərov Qusar Rayon Polis Şöbəsinində Post Patrul Xidmətinin komandiri vəzifəsində xidmət edir. 2015-ci ildən DİO-da xidmət edən 27 yaşlı idmançımız taekwondo ilə məşğuldur. Uşaq yaşlarından idmana böyük həvəsi olub, ilk uğurlarını da məktəb illərində qazanıb. Regionlar arası yarışlarda gücünü sınayan Ramik 2003-cü ildə yeniyetmələr arası spartakiadanın qalibi olub.
Ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alan idmançımız tələbəlik illərində Beynəlxalq turnirlərdə iştirak edib, qələbələrinin sayını artırıb. Məhz 2011-ci ildə keçirilən turnirdə bütün rəqiblərini məğlub edərək İsveç kubokunun sahibi olub. 2012-ci ildə keçirilən Azərbaycan çempionatının qalibidir. Dəfələrlə Avropa, respublika və DİN birinciliklərində iştirak edib, müxtəlif mükafatlar qazanıb.
II dan qara kəmər sahibi Ramik Nəzərov idman ustasıdır. Daxili işlər orqanlarında xidmət edən idmançı əməkdaşlardan biri kimi o da, ölkə və DİN rəhbərliyinin idmana, gənclərimizin fiziki hazırlığına göstərilən diqqət və qayğıdan ruhlandığını, yeni nailiyyətlər qazanacağını, ölkəmizin idman şərəfinin layiqincə qorunması üçün bütün səy və bacarığını səfərbər edəcəyini bildirib.
Nizam Həmidov,
polis leytenantı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













