Uğurlarınız bol olsun – Qubanın idmançı polisləri - FOTO

Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, əldə edilən nailiyyətlər yüksək səviyyədədir. Belə nailiyyətlər qazanan idmançılar arasında daxili işlər orqanlarının əməkdaşları yetərincədir. Baş Mühafizə İdarəsinin Quba Rayon Regional Mühafizə Şöbəsinin Qusar Rayon Bölməsinin əməkdaşları, polis serjantları Elnur Paşayev, Zamir Səfərbəyov və Tofiq Abbasov apardıqları nümunəvi xidmətdən əlavə idman nailliyyətləri ilə də fərqlənirlər. İdmanın armrestlinq növü ilə məşğul olan əməkdaşlarımız dəfələrlə güc çoxnövçülüyü üzrə DİN birinciliklərində iştirak edib, baş mükafatlara sahib olublar. Belə ki, 75 kiloqram çəki dərəcəsində E.Paşayev, 85 kiloqram çəki dərəcəsində Z.Səfərbəyov və 90+ kiloqram çəki dərəcəsində çıxış edən T.Abbasov dəfələrlə baş mükafatlara sahib olublar.
Elnur Paşayev 2013-cü ildən qatıldığı bütün yarışlarda birinci yerin sahibi olub. Bundan əlavə keçən il keçirilən yarışda qol güləşinin qalibi olmaqla bərabər ağırlıq daşlarını qaldırma yarışında da 2 ci yerə layiq görülüb.
Zamir Səfərbəyov da həmkarı Elnur kimi qələbələrinin sayını günü-gündən artırmaqdadır. Xidmət yoldaşıyla qatıldığı bütün yarışların qalibi olan polisimiz 2016 və 2017-ci illərdə keçirilən tədbirdə ikinci yerə layiq görülüb.
Polis serjantı Tofiq Abbasov da qatıldığı yarışlarda müxtəlif mükafatlara layiq görülüb.
Bununla yanaşı Elnur Paşayev armrestlinq idman növündən əlavə bodybuildinglə də məşğul olur.
İdmançılarımız DİN rəhbərliyi tərəfindən gənclərimizin fiziki hazırlığına və idmana göstərilən diqqət və qayğıdan ruhlandığlarını, ölkəmizin idman şərəfinin layiqincə qorunması üçün bütün səy və bacarığını səfərbər edəcəklərini bildiriblər.
Nizam Həmidov,
polis leytenantı
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO














