Xidmətə sədaqətin ailə nümunəsi – Nəsildən gələn polis sevgisi - FOTO

Hər bir gənc məktəbli vaxtlarından qəlbində bir peşəyə olan sevgi bəsləyir və buna nail olmaq üçün çalışır. Polis mayoru Soltan Xəlfəyev üçün isə peşə seçimində müəmmalı bir şey yox idi. O seçimini etmişdi və bunun dərin kökləri vardı. Böyüyüb boya-başa çatdığı evdə babasını və atasını milis formasında görmüşdü. Dünyaya göz açandan bu peşənin, vətənə, dövlətə, xalqa xidmətin çətinliklərini və məsuliyyətini, həm də necə bir şərəfli peşə olduğu haqqında çox eşitmişdi və bu söhbətlər həm də ona romantika kimi görünürdü. Qənaəti bu idi ki, əsl kişi elə bu hissləri, əziyyətləri yaşamalı və yaşadıqlarından zövq almağı bacarmalıdır.
Ata-babasının xidmətini, keçdiyi yolu özünə canlı təcrübə hesab edən S.Xəlfəyev söhbətimizə keçmişdən qalan xatirələrlə başladı:
- Mən uşaq idim. Babam Əbdül daxili işlər orqanlarında xidmət edirdi. Özü də milisə 1941-1945-ci illər müharibəsində iştirak edib, uzun döyüş yolu keçəndən sonra gəlmişdi. Müharibədən də, хidmətdən də xatirələrini danışanda kişinin üzü nurlanırdı, qürurlanırdı. Özü də danışanda tək öz hünərindən deyil, silahdaşlarının fədakarlığından danışmağı sevərdi. Deyirdi ki, xalqın keşiyində durmaq ən şərəfli işdir.
Babam polis nəfəri kimi 1972-ci ilə qədər xidmət edib. Təqaüdə çıxandan sonra həmin şöbədə atam Möhübbət polis nəfəri kimi xidmətə qəbul olunub. Artıq babamın davamçısı var idi. Atam həm də idmanla məşgul olurdu. DİN tərəfindən keçirilən yarışlarda iştirak edib, bir çox mükafatlarla təltif olunub. Onun diplomlarını bu gün də saxlayıram. Atam 26 il xidmətdə oldu və mən atamdan çox şeylər öyrəndim. Atam 1998-ci ildə təqaüdə çıxıb.
Həmsöhbətim Soltan Xəlfəyev 1977-ci ildə Siyəzən rayonunda anadan olub. İlk təhsilini S.İsmayılov adına 3 saylı tam orta məktəbdə alıb, sonra 1995-1998-ci illərdə ön cəbhədə hərbi xidmətdə olub Deyir ki, ön cəbhədə olanda babamın söhbətləri tez-tez yadıma düşürdü. Qəribədir, ön cəbhədə, səngərdə olanda insan elə bil daha tez yetkinləşir, daha böyük arzularla yaşayır, qələbə haqqında düşünür.. Vaxtilə babam da mənə faşizmin törətdiyi fəlakətləri görəndə insanın düşmənə qalib gəlmək, viran qalmış şəhərləri, kəndləri tikib-qurmaq istəyinin güc gəldiyindən danışlardı...
Xidməti başa vurduqdan sonra öz elinə qayıdan Soltan, həmin ildə Daxili İşlər Orqanlarında xidmətə başlayıb. İlk iş günü yaşadığı hissləri isə heç vaxt unutmayacaq. Babasının müharibədən, səngərdən keçən yolundan gəlmişdi, indi ata-babasının şərəfli xidmət yolunu davam etdirəcəkdi. Öz də Post Patrul Xidmətində ilk iş günü atasının formasında getmişdi. Deyir, bunun sevincini heç bir sözlə ifadə edə bilmərəm. Ən böyük arzuma qovuşmuşdum...
Siyəzən RPŞ-nin PPX-də polis serjantı kimi xidmət edən S.Xəlfəyev 2002-2007-ci illərdə Polis Akademiyasında əyani təhsil alıb. Ali təhsil bitirdikdən sonra RPŞ-də Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, Kadr və Peşə hazırlığı üzrə baş inspektor vəzifəsində çalışıb. Atası Möhübbət müəllim kimi də idmana marağı olan S.Xəlfəyev dəfələrlə idman yarışlarında iştirak edib.
Hazırda Siyəzən Rayon Polis Şöbəsinin Şəxsi Heyətlə İş üzrə rəis köməkçisi vəzifəsində çalışan polis mayotu S.Xəlfəyir görüşümüzün sonunda mənə Qazax şairi Abay Kunanbayevin sözlərindən bir misal çəkdi. “Əmək sevincdir, tənbəllik isə ağır bəla”. O, uğur qazanmaq üçün daima çalışdığını, əmək sərf edərək öz sevincinə qovuşduğunu bildirdi.
Nizam Həmidov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO
Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"
















