Xilaskar polis danışdı - Formada suya atıldım... - VİDEO

Lənkəranda çayda batan 2 uşaq atasını polis əməkdaşı xilas edib. Avtosfer.az-ın məlumatına görə, ibrətamiz hadisə Lənkəranın Ürgə kəndində baş verib. Kənd sakini Ramil Mirzəyev ördəkləri çıxarmaq üçün Veravul çayının kənarına gəlib. Bu zaman isə ayağı büdrəyərək çaya yıxılıb. Ətrafdakıların cəhdlərinə baxmayaraq Ramil Mirzəyevi çaydan çıxarmaq mümkün olmayıb. Bu vaxt ərazidə xidmət aparan Liman polis bölməsinin əməkdaşı, polis kiçik serjantı Taleh Fərzili sakinlərin səsinə gələrək boğulmaqda olan Ramil Mirzəyevi palçıqlı-lilli sudan xilas edib.
Taleh Fərzili daha sonra Ramil Mirzəyevə süni nəfəs verib və ürək masajı edib. Ardınca isə ora çağırılan Təcili Tibbi Yardım əməkdaşlarına təhvil verib. İki uşaq atası Ramil Mirzəyevi xilas edən polis əməkdaşı bunu sadəcə vəzifə borcu hesab etdiyini deyir.
Xəstəxanaya aparılan Ramil Mirzəyevə lazımi tibbi yardım göstərilib, vəziyyəti normaldır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












