Yol polisi Bakıda “Niva” ilə qayda pozur - VİDEO

Aprelin 16-da paytaxtın Mikayıl Müşviq küçəsində hərəkətdə olan 90-ZZ-415 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsünün qayda pozuntusu Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, qeyd etdiyimiz küçəylə hərəkət edən sürücü qarşıdakı avtomobili sağdan ötərək “Yol hərəkəti haqqında” qanunun 51-ci maddəsinin tələbini pozub. Həmin vaxt sükan arxasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olub. Kameraya çəkən sürücü polis əməkdaşına irad bildirib. Lakin o, işə tələsdiyini deyib.
Görünür ki, qeyd etdiyimiz YPX əməkdaşının düşüncə tərzi digər qayda pozan sürücülərdən heç də fərqlənmir. Bakı şəhəri ərazisində nə qədər tələsib sürətlə hərəkət etsən də mənzil başına vaxtından əvvəl çatmaq mümkün olmur. Geriyə yalnız qayda pozuntuları qalır.
Son zamanlar polis əməkdaşları öz idarə etdikləri avtomobillərə ksenon işıqlar,qadağan olunmuş siqnallar,pnevmatik asqılar və bu kimi digər qadağan olunmuş konstruksiya dəyişikliyi edirlər. Sükan arxasında isə təhlükəsizlik kəməri taxmadan,mobil telefonu əldə saxlamaqla ondan istifadə edərək hərəkət edirlər. Bu isə cəmiyyətə pis nümunədir.
Təbriz
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












