Yol polisi bu dəfə postlarda və yollarda sürücüləri buna görə saxladı - VİDEO

Havaların isti keçməsi ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Avtosfer.az xəbər verir ki, Alayın 8-ci tağımının şəxsi heyəti günün qızmar vaxtlarında uzaq səfərlərə çıxan sürücüləri DYP postlarında və yollarda saxlayaraq onların qısamüddətli istirahət etməsinə şərait yaradırlar. Sürücülər postların ərazisində olan bulaqda sudan istifadə edərək əl-üzlərini yuyur, otaqlarda qısamüddətli istirahət edirlər. Eyni zamanda, onlara postlarda sərin su da verilir.
DYP digər sürücülərə də tövsiyə edir ki, stosionar postlarda yaradılan bu şəraitdən istifadə etsinlər, uzaq səfərlərə çıxarkən hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etdirsinlər. Bu, onların və daşıdıqları sərnişinlərin həyat və sağlamlığı üçün çox vacibdir.
Avtosfer.az videogörüntüləri təqdim edir:
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












