Yol polisi həyatımı xilas etdi - Qusardan sürücü yazır

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı hər gün ayrı-ayrı vətəndaşlardan DİN rəhbərliyinə ünvanlanan çoxsaylı təşəkkür məktubları daxil olur. Son günlər aldığımız məktublardan birini oxucularımızın diqqətinə çatdırırıq. Quba rayon sakini Vüqar Qonaqov məktubunda yazır: “2018-ci il aprelin 26-da saat 18:30 radələrində Qusar şəhərinin çıxacağında şəxsi avtomobilimi idarə edərkən qəfildən gözlərim qaranlıq gətirdi. Avtomobilimi kənara çəkib saxladım. Özümə gəlib gözlərimi açanda evimdə olduğumu gördüm. Sonradan bildim ki, səhhətimin pisləşdiyini ərazidə xidmət aparan polis əməkdaşı görərək avtomobilimə yaxınlaşıb. O, halsız və köməksiz vəziyyətdə olduğumu görərək dərhal mənə ilkin tibbi yardım göstərib, xidməti maşını ilə məni evimə çatdırıb, ailə üzvlərim mənə istifadə etdiyim dərmanları veriblər.
Sonradan öyrəndim ki, həyatımı xilas edən Qusar RPŞ-nin İnzibati təcrübə üzrə inspektoru, polis leytenantı Cavanşir Əliyevdir.
Bundan əlavə, Qusar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Tərlan Zeynalov da bir neçə dəfə mənə zəng vuraraq səhhətimlə maraqlanıb, Qusar rayonundakı tibb müəssisələrində dəqiq müayinə olunmağım üçün köməyini təklif edib”.
V.Qonaqov yüksək peşəkarlıq nümayiş etdirərək oğlunu hərbi xidmətə yola salmış ataya vaxtında yardım edərək, daha iki azyaşlı övladı valideynsiz qalmaqdan xilas etdiklərinə görə şəxsən DİN rəhbərliyinə, Tərlan Zeynalov və Cavanşir Əliyevin simasında insanlarla həssas davranan bütün Azərbaycan Polisinə dərin təşəkkürünü bildirir, polisin insanların həyat və sağlamlıqlarının qorunması istiqamətində çevik reaksiya göstərməsindən məmnunluğunu qeyd edir.
Xəyalə Məmmədova
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ










