Yol polisi mayın 1-dən bu sürücüləri cərimələyəcək – Vaqif Əsədov

Avtomobillərin texniki baxışdan keçmə müddətinə 10 gün qalıb. Bəs görəsən mayın 1-nə qədər hansı model və il avtomobillər texniki baxışdan keçməlidir? Avtosfer.az-ın sullarının Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov cavablandırıb. O, qeyd edib ki, hər bir avtomobil texniki cəhətdən saz olmaldır. Avtomobili idarə edən şəxs buna ciddi fikir verməlidir. Çünki ən əvvəl öz təhlükəsizliyi üçündür. Həmçinin bununla əlaqədar olan tələbləri yerinə yetirməlidir. “Qanunveriliciyə görə idarə olunan avtomobil texniki baxışdan – diaqnostikaddan keçirilməlidir. Bununla əlaqədar olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Bakı-Zabrat-Maştağa yolunun 1-ci km-də yerləşən dioqnostika mərkəzinə təqdim edilən istənilən növ nəqliyyat vasitəsinə xüsusi avadanlıqlarla texniki cəhətdən yoxlanılır. Avtomobil saz olması aşkar edilərsə o zaman xüsusi nişan verilir ki, maşının alın şüşəsinə vurulur. Bundan sonra sürücü öz avtomobili sərbəst istənilən istiqamətə sürə bilər.
Mayın 1-də MDB istehsalı olan bütün növ nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti başa çatır. Son zamanlar keçirilən reydlər zamanı bir sıra avvtomobillərin texniki baxışdan keçməməsinin şahidi oluruq. Bu çox narahatedici bir məqamdır. Bu günə qədər 100-ə yaxın avtomobilin texniki baxışdan keçmədiyi aşkarlanıb və qanunvericiliyin tələblərinə uyğun şəkildə barələrində protokol tərtib edilib”.
Vaqif Əsədov bildirib ki, texniki baxışdan vaxtında keçməyən nəqliyyat vasitəsinin sürücüləri üçün inzibati xəta tərkibi yaranır və müvafiq olaraq fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüququ şəxslər isə 300 manat məbləğində cərimə olunur. Adətən texniki baxış müdddətinə az qalmış sürücülər müraciət edirlər və sünü sıxlıq yaranır. “Amma hazırda proses davam edir. Sürücülər rahat şəkildə gedib avtomobillərini öz iştirakları ilə texniki baxışdan keçirə bilərlər.”
Xatırladaq ki, qanunvericiliyə edilən dəyişiklikdən sonra texniki baxışa gedən sürücülərin sayı azalıb. Bununla bağlı da məlumat verən V.Əsədov qeyd edib ki, yeni dəyişikliyə əsasən, sürücülər onlara yazılmış cərimələri ödəməlidir. Əks halda texniki baxış prosesdə problemlər yarana bilər. “Təbii ki, cərimələri ödəmədəyi təqdirdə həmin avtomobil və sürücüsü hərəkətdən kənarlaşdırılmalı, duracağa aparılmalıdır. Texniki baxışdan keçməyə gedən zaman cərimələrin ödənməsini təmin edin. Sürücülər Asanpay.az saytında və qeydiyyatda olduğu rayon yol polisi şöbələrinə müraciət edərək barələrindəki cərimələri öyrənib ödəsinlər.”
Cəriməsi olan sürücülərin texniki baxışa getməməsi və sonra onları gözləyən aqibət barədə də danışan şöbə rəisi bildirib ki, bu vəziyyəti daha da ağırlaşdırır. “Burada bir qəribə mənzərə yaranır. Əgər sürücünün cərimələri ödəmək üçün imkan yoxdursa və bunu bilirsə o zaman heç olmasa qaydaları pozmalalıdır.”
Yol polisi əməkdaşlarının video görüntülərini yayan sürücülər barədə mövzuya toxunan Vaqif Əsədov bildirib ki, düşünmədən atılan adımlar cəmiyyət arasında xoşagəlməz informasiyaların yayılmasına şərait yaradır. “Əgər sürücünün hər hansı şikayəti varsa, əlində videogörüntü varsa sosial şəbəkələrdə deyil, Yol polisinin rəhbərliyi qarşısında məsələ qaldırmalıdır. Sürücülərə müraciət edərək bildirirəm ki, əgər sürücülər belə etsələr daha effektiv olar”.
Orxan Əli
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO











