Yol polisi qayda pozaraq qayda pozanları radara salır – DİQQƏT - VİDEO

Bakı-Qazax yolunun Yevlax rayonundan keçən hissəsində yerləşən YPX postuna məxsus 99-YP-884 qeydiyyat nişanlı patrul avtomobilinin əməkdaşları yol hərəkəti qaydasını kobud şəkildə pozurlar. Avtosfer.az xəbər verir ki, YPX əməkdaşları Qazax istiqamətində yolun hərəkət hissəsinin sol kənarında duraraq radar qururlar. Patrul avtomobilinin həmin yerdə park edilməsi həm təhlükəlidir,həm də qanun pozuntusuzdur. Belə ki, “Yol hərəkəti haqqında qanunda” da göstərilib ki, nəqliyyat vasitələri yolun hərəkət hissəsinin sağ kənarında dayanmalıdır.
Həmin əməkdaşlar qayda pozan sürücülərə qarşı xidmət apardıqları halda özləri də qaydaları kobud şəkildə pozur. Bu isə mənasız və məntiqsizdir. Həmin patrul maşını daim hərəkətdə olduğu zaman daha çox qayda pozuntusu aşkar etmiş olar və daha çox sürücünün onları görüb yolda qayda pozmamasına gətirib çıxara bilər. Çünki bizim cəmiyyətdə sürücülərin əksəriyyəti məhz kamera və polis görəndə qayda pozmur. Polis də gizlənirsə, o zaman qayda pozanlar, qəzaya düşənlər də çox olacaq.
Video və fotono sosial şəbəkələrdə yayan Vüqar adlı sürücü bildirir ki, yol polisinin həmin avtomobili gün ərzində yüzlərlə sürücünü cərimələyir. Bu isə qanunsuzdur.
Xeyr. Burada qanunsuz heç nə yoxdur. Yollarda qayda pozmayana cərimə yazılmır. Cərimə olunanlar qayda pozanlardır. Onları haqlı saymırıq. Sadəcə olaraq, yol polisi qanunu təmin edərkən özü qayda pozur. Sürücülər də bunu qanunsuzluq kimi qələmə verərək yol polisinə qarşı mənfi imic formalaşdırmış olurlar.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















