Yol polisi qəzaların və sıxlığın qarşısını almaq üçün səfərbər oldu - VİDEO

Bayramla əlaqədar qeyri-iş günlərində baş verən yol qəzalarının statistikası açıqlanıb. Avtosfer.az xəbər verir ki, 6 gün ərzində respublika yollarında 42 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 10 nəfər ölüb, xeyli insan isə xəsarət alıb. Ən çox qəza bayramın ilk günündə baş verib. 12 qəzada 3 nəfər ölüb, 16 nəfər ağır xəsarət alıb.
Qeyd edək ki, qəzaların çoxu magistral yollarda və rayonlarda baş verib. Bu günlərdə paytaxda isə ümumiyyətlə, xəsarətlə nəticələnən qəza qeydə alınmayıb.
Bu gün bayram tətilinin sonuncu günü olduğu üçün dünəndən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təhlükəsizliyi təmin etmək məqsədilə patrul avtomobilləri ilə rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobusları müşayiət edir. Burada məqsəd yollarda qəzaların və sıxlığın qarşısını almaqdır.
Qeyd edək ki, yol polisi bu addımı ilk dəfə Yeni il bayramında atmışdı və müsbət nəticə verdiyi üçün yenidən təkrar olunur.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, DYP rəisinin göstərişi ilə bütün rayonlarda patrul avtomobilləri avtovağzalların qarşısında dayanaraq paytaxta gələn avtobus sürücülərinin sağlamlıq sənədini və avtobusun texniki sazlığını yoxlayır. Bütün bunlara baxmayaraq, yol polisi bir daha sürücülərə diqqətli olmağı tövsiyə edir.
DYP-nin bu cür xidmət aparması sürücülər və sərnişinlər tərəfindən rəğbətlə qarşılanıb. Avtobuslar və mikroavtobuslar rayonlardakı avtovağzallardan qrup halında DYP avtomobilləri ilə müşaiyət olunur. Onlar yol boyu ərazi üzrə bir-birinə ötürməklə partul maşınları tərəfindən Bakı və Sumqayıtadək tam müşaiyət olunurlar. Bu məqsədlə DİN və DYP rəhbərliyinin göstərişi ilə YPX Alayının bütün şəxsi heyəti səfərbər olunub.
Avtosfer.az DYP-nin Qaradağ postunda çəkilmiş videonu təqdim edir.
Elməddin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












