Yol polisi saxta pul satanları yaxaladı – Şəmkir postunda

Mayın 1-də saat 21 radələrində Qazax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Birinci Şıxlı kənd sakini N.Əhmədov bir qədər əvvəl İkinci Şıxlı kəndi ərazisində naməlum şəxsin ona 21600 rubl saxta əskinas verərək 560 manatını aldığını bildirib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin sərnişin qismində mindiyi “Mercedes” markalı avtomobil müəyyən edilib. Həmin nəqliyyat vasitəsi müraciətdən 1 saat sonra Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisindəki postunda yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Saxta əskinasları verməkdə şübhəli bilinən Masallı rayon sakini Azad Atəmli Qazax RPŞ-nin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












