Yol polisi Şəkidə məktəblilərlə görüşdü – FOTOLAR

Şəkidə 10 nömrəli orta məktəbdə Baş Dövlət Yol Polisi İdarəsinin və Şəhər Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşlarının iştirakı ilə təlimatlandırıcı görüş keçirilib, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə , görüşdə məktəblilərə piyadanın vəzifələri, yol nişanları, eləcə də nizam-intizam qaydaları barədə geniş məlumat verilib. Avtosfer.az-a DİN-dən verilən məlumata görə, tədbirdə çıxış edən BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev belə tədbirlərin keçirilməsində əsas məqsədin uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektivliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasından ibarət olduğunu bildirib. Eləcə də, yol-nəqliyyat hadisələrinin azalmasında aparılan təbliğat işlərinin əhəmiyyətini vurğulayıb.
Görüşdə çıxış edən digər DYP əməkdaşları təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, nişanlama xəttlərinn çəkilməsi istiqamətində tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar.
Sonda şagirdlərə yol nişanları barədə məlumatı özündə əks etdirən kitabçalar paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Mahir Məsimov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















