Yol polisi sürücülərə müraciət etdi – Ünvanı və telefon nömrəsini verin

DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Avtosfer.az daxil olan müraciətdə bildirilir ki, BDYPİ sürücülərin və avtomobil sahiblərinin işini daha da asanlaşdırmaq, cərimə və digər məlumatları vaxtında əldə etmək, bununla da sonradan yaranan müxtəlif problemlərin qarşısını almaq üçün bəzi məqamlara diqqət etməyi tövsiyə edir. İnzibati Xətalar Məcəlləsinin (İXM) 125.5-ci maddəsində sürücülərin üzərinə düşən vəzifələr əksini tapıb. Qeyd olunur ki, “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər.
Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə daxil edilmiş və İXM-nin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatlar ASAN ödəniş sisteminə də göndərilir. Bu o deməkdir ki, sürücülər cərimələr barədə həm elektron poçt, həm Asanpay.az saytındakı elektron kabinet, həm də mobil telefondan pulsuz SMS vasitəsilə məlumat ala bilirlər.
Onu da nəzərə almaq lazımdır ki, sözügedən məsələ “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində də əksini tapır.
Öz rahatlığınız üçün bu cür informasiyaların təqdim olunması tövsiyə edilir.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












