Yol polisi uşaqlarla bir arada – FOTO-VIDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi azyaşlılarda küçə hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər 28 nömrəli uşaq bağçasında keçirilən tədbirdə azyaşlılarla yanaşı onların valideynləri və bağça tərbiyəçiləri də iştirak edib. Keçirilən görüşdə çıxış edən DYPB-nin əməkdaşı Tural Niftalıyev bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsədlərinin azyaşlılar arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq olduğunu bildirib. O, əyani vasitələrlə avtomobil, küçə, səki, işıqfor və digər anlayışlar barədə ətraflı məlumat verib. Bundan əlavə valideynlərə uşaqları bağçaya gətirib apararkən əməl etməli olduqları yol hərəkəti qaydaları izah edilib. Bağça rəhbərliyi və valideynlər də belə maarifləndirici tədbirlər keçirdiklərinə görə polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Sonda uşaqlar yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər.
Mahir Məsimov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















