Yol polisi xalq artisti Faiq Ağayevə təşəkkür edib

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov xalq artisti Faiq Ağayevin sosial şəbəkələrdə sürücünün qaydanı pozmasına səbəbi ilə bağlı yol polisinə çağırış etməsinə münasibət bildirib. V.Əsədov deyib ki, hər bir hərəkət iştirakçısı yol hərəkəti qaydalarını bilməli və onları yerinə yetirməklə başqalarından da yerinə yetirməyi tələb etməlidir: “Hörmətli xalq artistimiz Faiq Ağayev faktı aşkarlayaq məlumat verməklə araşdırmanın aparılmasına və təsirli tədbir görülməsinə şərait yaradıb. Buna görə də ona təşəkkür edirəm. Sürücünün hərəkəti sosial şəbəkələrdə ictimai qınağa səbəb olub. Bu kimi halların hesabına yol hərəkətində mədəniyyət səviyyəsi yüksəlir və formalaşır. Eləcə də yol polisi əməkdaşı olmadan sürücülər tələblərə uyğun hərəkət etməyə üstünlük verirlər. Beləliklə, narahatçılıq aradan qaldırılır. Ümumiyyətlə, hər bir hərəkət iştirakçısı öz hərəkəti ilə mədəniyyət nümayiş etdirməli və təhlükəsizlik qaydalarına əməl etməlidir. Həm də yol hərəkətində şəxsi mənafe ümummilli mənafedən üstün tutula bilməz”.
V.Əsədov əlavə edib ki, ilin əvvəlindən bu günə qədər sosial şəbəkələrdə sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı yayımlanan faktlar üzrə 50-yə yaxın sürücü barəsində inzibati protokol tərtib edilib: “Tərtib edilən protokollar arasında sərnişin avtobusu, yük maşınları və minik avtomobillərinin sürücüləri var. İnzibati qaydada cərimə olunan sürücülər YPX əməkdaşları ilə söhbət zamanı ictimai qınağa tuş gəldiyini və sosial şəbəkələrdə təsirli şəkildə qınandığı üçün peşman olduqlarını dilə gətiriblər. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, belə faktlarla rastlaşdıqları zaman DYP əməkdaşlarına məlumat versinlər. Bu, həm də nümunəvi hərəkət və vətəndaşlıq borcudur”.
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO










