Yol polisi xəbərdarlıq etdi: Atmosferi korlayan sürücülərə qarşı tədbirlər görüləcək

Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təsdiq etdiyi “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair 2018-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasına start verilir. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, 11 bənddən ibarət plana əsasən, avqust ayının 1-dən etibarən ölkə ərazisində ənənəvi olaraq “Təmiz Hava” aylığı keçirilir. V.Əsədov qeyd edib ki, bu müddət ərzində avtomobil mühərriklərindən işlək vəziyyətdə ətraf mühitə atılan zərərli maddələrin qarşısının alınmasında qanunvericiliyin tələblərinə uyğun fəaliyyət gücləndiriləcək, atmosferə atılan zərərli tullantıların normadan artıq olduğu avtomobillər aşkarlanaraq müvafiq tədbirlər görüləcək: “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası və eyni zamanda respublikada mütəmadi həyata keçirilən ekoloji tədbirlərə uyğun olaraq Bakı şəhərində yerləşən avtomobil təsərrüfatlarında və xətdə “Təmiz Hava” aylığı çərçivəsində müvafiq rayon dövlət yol polis şöbələri və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları ilə birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bakı şəhərində yük və avtobus tipli avtotəsərrüfatı olan idarə və müəssisələrdə də birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub”. V.Əsədov hər kəsi “Təmiz hava” aylığında iştirak etməyə çağırıb.
Emin
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ










