Yol polisi Xeyrəddin Qocaya cavab verdi - Müvafiq sənədləşmə aparılıb

DİN Baş Dövlət Yol Polisi İdarəsi yazıçı Xeyrəddin Qocanın ittihamlarına cavab verib. X.Qqoca bildirib ki, onun qızına səhv protokol göndərilib. Qızı minik maşını idarə etsə də, DYP ona "Kamaz"a aid elektron protokol göndərib.
BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Avtsfer.az-a bildirib ki, BDYPİ-nin Mərkəzi İnformasiya Sisteminin məlumatına əsasən, 27.06.2018-cı il tarixdə «Yol hərəkəti haqqında» Qanunun 50-ci maddəsində nəzərdə tutulmuş xətaya yol verilməsi xüsusi texniki vasitənin köməyi ilə aşkar edilib və qanunvericiklə müəyyən edilmiş qaydada MMX 7308883 nömrəli elektron protokol tərtib olunub. Elektron protokola baxış keçirilərkən texniki səbəbdən qayda pozuntusuna yol vermiş avtomobilin dövlət qeydiyyat nişanının son rəqəminin 6 əvəzinə 5 kimi qeydə alınması müəyyən edilib. Bununla bağlı BDYPİ-nin Mərkəzi İnformasiya Sistemindəki uyğunsuzluq aradan qaldırılaraq qayda pozuntusu törətmiş "Mercedes" markalı yük avtomobilinin sürücüsü barəsində müvafiq sənədləşmə aparılıb.
Bundan əlavə Rüfət Quliyev yol hərəkəti iştirakçıların nəzərinə çatdırıb ki, analoju uyğunsuzluqla rastlaştdıqları hallarda, Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytına və ya “902 Qaynar Xətt” mərkəzinə müraciət etsinlər.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












