Yol polisindən daha bir ilk – Gecə yola çıxanları...

Bayram günləri yol polisi gücləndirilmiş iş rejimində çalışıb. Avtosfer.az xəbər verir ki, martın 19-20-də günün qaranlıq vaxtı yollarda qəzaların baş verməsinin qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti (YPX) Alayının şəxsi heyəti iş başında olub. Avtovağzallardan hərəkət edən avtobuslar qrup halında cəmləşdirilərək yol polisi avtomobillərinin müşaiyəti ilə təhlükəsiz qaydada mənzil başına çatdırılıb. Bununla da, yollarda qəzaların və sıxlığın qarşısı alınıb.
DYP-dən Avtosfer.az-a verilən məlumata görə, YPX əməkdaşları təkcə iki gün ərazində qaranlıqda yola çıxan avtobusları müşaiyət etməklə 100 mindən artıq insanın rahat və təhlükəsiz şəraitdə mənzil başına çatdırılmasını gecə yarısına qədər təmin edib.
Qeyd edək ki, DYP bayramın son günlərində Bakıya qayıdan insanların, eləcə də xarici qonaqların rahat və təhlükəsiz şəraitdə mənzil başına çatdırılmasını təmin edəcək. İlk dəfə olaraq DİN və DYP rəhbərliyinin göstərişi ilə Yeni il bayramında həyata keçirilən bu cür tədbirlər effekt verir və həm yollarda qəzaların, həm də sıxlığın qarşısını alır.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












