Yol polisindən dayanma-durma qaydalarını pozan sürücülərə xəbərdarlıq – Xahiş edirik ki...

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə, sürücülərə müraciət edib. Müraciətdə dayanma-durma və parklanma qaydalarının pozulması, bunun tıxac və sıxlığa səbəb olması əksini tapır. DYP həmçinin sürücülərə bəzi tövsiyələr də verib. İdarəni bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yay mövsümün başa çatması, yeni dərs ilinin başlanmasına iki həftə vaxt qalması, bölgələrdə istirahət edən vətəndaşların Bakıya qayıtması artıq paytaxtın bəzi küçə və prospektlərində hərəkətin intensivliyini artırıb. Bəzən isə sıxlıq və tıxac problemini ortaya çıxarır. Bunu nəzərə alaraq DYP sürücülərə tövsiyə edir ki, avtomobili qadağan olunmuş ərazilərdə saxlamasınlar. Eyni zamanda parkinqlərdə ikinci və üçüncü cərgədə maşın saxlamaq olmaz.
Parkinq ərazisində avtomobilin saxlanılması qaydalarına ciddi riayət edilməlidir. Avtobus dayanacağında, səkilərdə və digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi yol hərəkəti haqqında qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. İnzibati məsuliyyət yaradır.
Piyada səkilərində maşınlar park edilir ki, bu da piyadaların hərəkətinə maneə yaradır. Bir daha xatırladırıq ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsində dayanma-durma, 53-cü maddəsində isə parklanma qaydaları və tələblər əksini tapıb. Xahiş edirik ki, hər bir sürücü funksional vəzifələrini düzgün icra etsin və digər hərəkət iştirakçılarını da nəzər alsın”.
DYP yeni dərs ilinin başlanması ərəfəsində sürücülərin bu müraciətə diqqətlə yanaşmasını vacib sayır və qeyd edir ki, həm özlərinin həm də digərlərinin paytaxt küçələrində rahat və təhlükəsiz, eyni zamanda fasiləsiz hərəkətini təmin etmək YPX əməkdaşları ilə yanaşı elə sürücülərin də borcudur: “Bu, hər birimizin üzərinə məsuliyyət qoyur. Yol hərəkəti qaydalarına əməl edərək nəqliyyat vasitələrinin dayanma-durma və parklanma qaydalarını pozmayaq”.
Elmin
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ










