Yol polisindən qadın sürücüyə mükəmməl cavab - VIDEO

Sosial şəbəkələrdə bir müddət əvvəl "Unibank"da ayaqyolu olmamasından şikayət edərək video yayımlanmış xanım yenidən gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, bu dəfə xanım yol polisini ittiham edən video yayımlayıb. Görüntülərdə Bakıda keçiriləcək hərbi paradla əlaqədar olaraq bəzi küçələr bağlanıb. Xanım isə ərazidə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşı Vüsal Qurbanov ilə mübahisə edir. Xanım kobud şəkildə yol polisinə "yolu bağlamısan evimə gedə bilmirəm" deyir. YPX əməkdaşı isə ona sakit və mədəni şəkildə izah edir ki, yollar parada görə bağlıdır. Bir neçə gün belə olacaq. Hətta yol polisinin "əsgərlərimiz üçün bağlanıb, onlar səngərdə erməni ilə üzbəüz bizə xidmət edirlər" sözlərinə xanım "onlar mənə neyniyir ki?" deyərək cavab verib. Sonda YPX əməkdaşı xanıma piyada getməyi tövsiyə edib.
Qeyd edək ki, rəsmi dövlət tədbirləri ilə əlaqədar olaraq bəzi küçələrin bağlanacağı barədə əvvəlcədən xəbərdarlıq edilmişdi. Lakin təəsüflər olsun ki, bəzi vətəndaşlar "öz rahatlıqları üçün" narazılıq edirlər.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












