Yol polisindən Rəşadət Babayevlə bağlı yazılanlara - CAVAB

Dünən vətəndaş Qilicxanov Şəmsəddin Saday oğlunun anası mətbuata müraciət ünvanlayaraq bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, YPX Alayının komandiri, polkovnik Rəşadət Babayev guya onun oğlunun idarə etdiyi avtomobili saxlayıb və sürücüyə xəsarət yetirib. Amma bunu sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməyib. Məhkəmə isə DYP-nin təqdim etdiyi materiallar əsasında sürücü barəsində 10 gün inzibati həbs qərarı çıxarıb.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı şəhər DYPİ-nin şöbə rəisi, polkovnik Vaqif Əsədov deyib ki, son günlər sosial şəbəkələrdə və bəzi saytlarda yayılan "Rəşadət Babayev Qarabağ əlilinin oğlunu döyüb həbs etdirdi" başlıqlı məqalədə qeyd olunan məqamların heç biri təsdiqini tapmayıb: “Bəzi KİV-lər yol polisindən bununla əlaqədar münasibət öyrənmədən informasiya yayıblar. Təbii ki, bu cür məlumatlar yol polisinin məqsədyönlü şəkildə həyata keçirdiyi tədbirlər və əldə etdiyi müsbət nəticələrə təsir edə bilməz. Lakin təəssüf doğuran hissdir ki, jurnalistlərə bütün məsələlər barədə informasiya verdiyimiz halda bu gün yenə də bəziləri informasiyanı dəqiqləşdirmədən verməyə üstünlük verirlər.
Məsələ ilə bağlı bildiririk ki, həqiqətən 1995-ci il təvəllüdlü, Bərdə rayonunda anadan olmuş, hazırda Xətai rayonunda müvəqqəti qeydiyyatda olan Qilincxanov Şəmsəddin Saday oğlu barəsində artıq Səbail rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 gün müddətində həbs qərarı tətbiq edilib. Çünki həmin vətəndaş saxlanılan zaman polis əməkdaşının qanuni tələblərini yerinə yetirməməklə yanaşı, həm də öz avtomobilinin şüşəsini sındırıb. Təbii ki, məhkəmə tərəfindən verilmiş qərar qüvvəyə minib və o, həbs cəzasını çəkərək azadlığa çıxıb. Rəis müavininin hansısa sürücünü döyməsi cəfəngiyyatdır. Bakıda hər yerdə kamera var. Görüntülərə də baxış keçirilib və belə bir məsələ təsdiqini tapmayıb.
Onun şikayət etməsinə səbəb hesab edirəm ki, mentalitet məsələsdir. Ən azından polisinin nüfuzuna xələl gətirmək niyyəti güdüb. Hadisə barədə qeyri səmimi məlumat yayaraq əvəz çıxmaq istəyib. Təbii ki, bu, yolverilməzdir”.
Elməddin
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - 230 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO










