Yol Polisindən süpürgəçilərə paylanan xüsusi jiletlərlə bağlı AÇIQLAMA

Bu ilin aprel ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) təşəbbüsü ilə 100-ə yaxın kommunal-təsərrüfat birliyi işçilərinə xüsusi jiletlər təqdim olunub. Həmin jiletlər şəhərin küçələrində kommunal-təsərrüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilər üçün nəzərdə tutulub. Jiletlərin işıqqaytarma funksiyası var. Həmçinin 3 rejimdə xüsusi batareya ilə işləyir. DYP-nin bu təşəbbüsü ard-arda baş verən süpürgəçi ölümlərinin qarşısının alınması məqsədi daşıyır. Belə ki, jiletlərin işıqqaytarma funksiyası günün qaranlıq saatlarında sürücülərin onları görməsinə şərait yardır və nəticə etibarilə baş verə biləcək qəzanı önləyir. Amma səhərin qaranlığında yola çıxsanız əksər süpürgəçi xanımların əynində bu geyimi görməyəcəksiniz. Səbəb nədir? Jiletlər deyildiyi kimi bütün rayonlar üzrə paylanmadı, yoxsa işçilər onu geyinməkdən imtina etdi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, lazım olan sayda jiletlər bütün rayonlar üzrə paylanıb: “Yol nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə yollar və küçələrin təmziliyilə məşğul olan mənzil təsərrüfat birliyinin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün dövlət yol polisinin təşəbbüsü və vəsaiti hesabına 500-dən artıq jilet gətirildi. Bizə verilmiş siyahı üzrə hər bir rayona paylandı. Bu geyimləri geyinib işləyənlər də var, geyinməyənlər də. Kim düzgün istifadə edirsə, deməli öz təhlükəsizliyini təmin edir. Bilirsiniz, hətta bu jiletləri geyinsək belə, öz-özümüzü qorumalıyıq. Bu o demək deyil ki, jileti geyinib maşınların qabağına çıxmalısan”. V.Əsədov bir daha bədbəxt hadisələrin baş verməməsi üçün təsərrüfat işlərində çalışanları və sürücüləri diqqətli olmağa səsləyib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












