Yol polisindən sürücülərə XƏBƏRDARLIQ!

“Yağmurlu hava şəraitində sürücülər yol və meteroloji şəraiti nəzərə almaqla sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdır. Hərəkət istiqamətində diqqəti yayındıra biləcək hərəkətlər etməməlidir. Hava şəraitindən asılı olmayaraq, idarə edilən avtomobilin dövlət nömrə nişanlarının görünməsi vacibdir. İşıq cihazları mütləq təmiz olmalı və hər hansı bir manevr edərkən cihazdan düzgün istifadə etməlidir".
Bunu açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib. O, qeyd edib ki, havanın yağışlı olması Bakı şəhərindəki asfalt səthində sürüşkənlik yaradır. Belə halda sürücülərin əyləc sistemindən istifadə etməsi avtomobilin sürüşməsinə gətirib çıxarır. Sürücülər unutmasın ki, belə hava şəraitində əyləc sistemindən qəflətən istifadə edilməsi avtomobilin sürüşməsinə səbəb olur. Avtomobilin hərəkətə gətirilməsi və dayandırılması sürətlər qutusunun köməyi ilə həyata keçirilməlidir. Bunu da peşəkar sürücülər bilir. Onlar belə hava şəraitində yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün avtomobili yaxşı idarə edir. Adətən yağışlı, qarlı hava şəraitində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri digər günlərə nisbətdə daha çox olur. Bu da təəssüf hissi doğurur. Təbii ki, hadisələrin baş verməsinə səbəb sürücülərin yol və metroloji şəraiti düzgün qiymtləndirməməsi hesabınadır. Diqqətsizlik, əyləc sistemindən istifadə, sürət həddinin nisbətən artırılması, yaxud hərəkət zamanı qəflətən əyləc sistemindən istifadə yol-nəqliyyat hadisəsnin baş verməsinə gətirib çıxarır.
Etiraf edilməldir ki, yol-nəqliyyat hadisələri bütün göstəricilərinə görə aşağı düşüb. Bu da yol polisinin vaxtlı-vaxtında məqsədli keçirdikləri tədbirlərin hesabınadır”.
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ










