Yol polisinə əl-qol atan sürücü həbs edildi - VIDEO

Bu gün səhər saatlarında YPX əməkdaşları ilə mübahisə edən və sənədləri təqdim etməkdən imtina edən, axına qarşı hərəkət edən sürücünün kimliyi bəlli olub. Avtosfer.az-ın məlumatına görə, 1979-cu il təvəllüdlü Bakı şəhər, Yasamal rayon sakini Elşən Maqsudov bu gün səhər idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı, "Hyundai Elantra" markalı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. O, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb.
Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə əsasən (Polisə tabe olmamaq) 15 sutka həbs edilib.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












