Yol polisinin 8-ci tağımı Ucarda sakinlərlə görüşlər keçirib - VİDEO

Baş Dövlət Yol polis İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun göstərişi ilə YPX alayının əməkdaşları yenidən əhali ilə görüşlərə başlayıb. Avtosfer.az xəbər verir ki, mütamadi görüşlər maarifləndirici xarakter daşıyır və insanlar arasında yol-hərəkəti təhlükəsizliyi işinin gücləndirilməsinə yönəlib. Tədbirlər planı çərşivəsində Baş Dövlət Yol polisi İdarəsini YPX Alayının 8-ci tağımı Ucar rayonu ərazisində üç kəndin sakinləri ilə görüşüb. Görüşlərdə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, bələdiyyə və digər qurumların nümayəndələrini də iştirak ediblər.
Çıxış edən 8-ci tağımın inspektoru, polis kapitanı Qorxmaz Əhmədov bildirib ki, görüşlərin keçirilməsində əsas məqsəd magistral yolların kənarlarında yaşayan sakinləri yol-hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək, mövcud problemləri onların dilindən dinləyib aradan qaldırmaqdır.
DYP zabiti daha çox yol kənarında yerləşən məktəblər və yolu keçən sakinlərlərə müraciət edib. Bildirib ki, sakinlər yolu keçərkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinə diqqət yetirməli, yol kənarı ilə hərəkət edərkən nəqliyyat vasitələrinin axınına qarşı hərəkət etməli, yolu keçərkən piyada keçidlərindən istifadə etməlidirlər.
Qorxmaz Əhmədov sutkanın qaranlıq saatlarında mal-qaranın ötürülməsi probleminə də toxunub. Bildirib ki, burada diqqətli olmaslı, mal-qaranı sahibsiz qoymamalıdırlar.
Kapitan Əhmədov məktəblilərə müraciət edərək yol-hərəkəti qaydaları öyrənməyə, aşağı sinif şagirdlərinin yolu keçməsinə kömək etməyə çağırıb. Bununla da təhlükəsizliyin təmin edilməsinə yardım etmiş olacaqsınız.
DYP əməkdaşı görüşlərin sonunda kənd sakinlərininin təkliflərini və iradlarını da dinləyib. Piyada keçidlərərinə nəzarətin gücləndirilməsi, yol kənarında yerləşən məktəblərə şagidrlərin gəliş-gediş saatlarında təhlükəsizliyi təmin etmək məqsədilə YPX naryadları xidmət aparmasının davam edəcəyini vurğulayıb. Sonda bu görüşlərin mütamadi keçiriləcəyi vurğulanıb.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












