Yol polisləri iki azyaşlının həyatını xilas etdi - Ata posta gəldi - FOTO-VİDEO

Mayın 11-də Bakı-Sumqayıt yolunda iki avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza baş verərkən avtomobillərdən birində iki azyaşlı uşaq olub. Qəza zamanı həmin avtomobil aşdığı üçün azyaşlıların hər ikisi ağır xəsarət alıb. Azyaşlılardan daha kiçiyi isə aldığı xəsarət nəticəsində huşunu itirib. Hadisə yerinə gələn Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmət alayının I tağımının əməkdaşları hadisə yerinə təcili yardım çağırıb. Amma polis əməkdaşları uşaqların halının get-gedə pisləşdiyini görüb azyaşlıları xidməti avtomobilləri ilə Sumqayıt şəhər xəstəxanasına çatdırıblar. Yol-Patrul Xidmət alayının I tağımının polis baş serjantı Qalib Bayramovun komandirə hadisə barədə məruzə etdikdən sonra uşaqları xəstəxanaya vaxtında çatdıra bilib. Həkimlərin səyi nəticəsində hər iki uşağın həyatını xilas etmək mümkün olub. Hadisədən bir qədər sonra xəstəxanaya uşaqların valideynləri də gəlib. Bundan sonra məlub olub ki, uşaqları xəstəxanaya çatdırıb onların həyatını xilas edən polis baş serjantı Qalib Bayramov uşaqların atası Natiq Cabbarovla sinif yoldaşı olub. Bu gün isə uşaqların atası Natiq Cabbarov Saray qəsəbəsi ərazisindəki DYP postuna gələrək hər iki polis əməkdaşına təşəkkürünü bildirib.
Natiq Cabbarov Avtosfer.az vasitəsi ilə uşaqlarının həyatını xilas edən polis əməkdaşları ilə yanaşı, Yol-Patrul Xidmət alayının 1-ci tağımının komandiri Ürfət Şükürova, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə və daxili işlər nazirinə təşəkkür edib.
Elməddin
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO










