YPX avtomobilinin iki videosu: biri yaxşı, biri pis - VIDEO

Bakıda həm qanunsuz hərəkəti ilə, həm də nümunəvi,alqışlanası əməli ilə kameralara düşən patrul avtomobilinin sürücüsünün görüntüləri sosial şəbəkələrdə müzakirə obyektivinə çevrilib.
Avtosfer.az xəbər verir ki, 99-YP-267 qeydiyyat nişanlı YPX avtomobilinin birinci görüntüsündə sürücü, sayrışan işıqları və xüsusi səs siqnalını qoşmadan və dönmə işıqlarından istifadə etmədən həm hərəkət sürətini aşır, həm də ziqzaqvari hərəkətlər edir. Bu görüntü izləyicilər tərəfindən yaxşı qarşılanmayıb. Onlar iddia edir ki, bu cür hərəkəti hansısa bir vətəndaş etsəydi onun əməlini "Avtoxuliqan" kimi qiymətləndirərək rəsmiləşdirəcəkdilər.
İkinci görüntüdə isə yolun kənarında dayanaraq başını aşağı salan sürücünü görüb narahatlıq hiss edən qeyd etdiyimiz patrul avtomobilinin sürücüsü, sayrışan işıqları və xüsusi səs siqnalını qoşaraq həmin sürücüyə yaxınlaşır və hansısa bir problemin olub-olmamasını soruşur. Sürücü isə Bakıxanov qəsəbəsinə gedəcəyini və naviqatorda həmin yeri axtardığını bildirir. Polis əməkdaşı sürücünü müşaiyət edərək Bakıxanov qəsəbəsinə getməyini təmin edib. Sürücü polis əməkdaşının bu cür nümunəvi əməlindən BDYP rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb.
Təbriz
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












