YPX əməkdaşları ilə sərxoş sürücü arasında mübahisə yaranıb - VİDEO

Bərdə rayonunda qaydalara əməl etməyən sürücü ilə YPX (Yol Patrul Xidməti) əməkdaşları arasında mübahisə yaranıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, şəhərin C.Məmmədquluzadə küçəsində baş verən insident zamanı küçədə tıxac yaranıb və nəqliyyatın hərəkəti bir müddət iflic olub. Belə ki, "Lada-Priora" markalı avtomobil C.Məmmədquluzadə küçəsində yüksək sürətlə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən sürücüyə "Saxla" əmri verilib. Əmrə tabe olmayan sürücü təhlükəli manevrlər edərək ərazidən uzaqlaşmağa çalışıb. YPX əməkdaşları tərəfindən süni tıxac yaradılıb və sürücü saxlanılıb. Onun sərxoş olduğu müəyyən edilib. YPX əməkdaşları sərxoş sürcünün əmrə tabe olmasını və avtomobildən düşməsini tələb edən zaman mübahisə yaranıb. Sürücü tabesizlik nümayiş etdirdiyindən əraziyə Post Patrul Xidməti (PPX) çağırılıb. Nəticədə həmin şəxs polis bölməsinə aparılıb, avtomobil isə YPX əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib. Baş verən insident zamanı küçədə uzun müddətli tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












