YPX inspektoru sürücüyə avtomobilin təkərini dəyişməkdə belə kömək etdi - VIDEO

Dünən Qaradağ rayonu ərazisində, magistral yoldakı sərt döngədə 25 BJ 134 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin təkəri partlayıb. Sürücü avtomobili yolun sağına çəkərək ehtiyyat təkəri dəyişmək istəyib. Lakin 110 km/s sürət olan magistral yolun sərt döngəsində bunu etmək çətinlik yaradıb. Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Alayının 6-cı tağımının baş inspektoru Namiq Əzizov hadisə yerinə yaxınlaşıb. YPX avtomobilini saxlayaraq yolun təhlükəsizliyini təmin edib. Eyni zamanda YPX inspektoru sürücüyə avtomobilin təkərini dəyişməkdə yardım edib.
Təxminən 2 saata yaxın günün altında qaldıqları üçün avtomobildə olan sərnişinlərin halının pisləşəcəyindən ehtiyyat edən Namiq Əzizov onları Qaradağ rayonu ərazisindəki YPX postuna dəvət edib. Sürücü və sərnişinlərə sərin su və çay verilib. Onların əl-üzlərini yumağa şərait yaradılıb. Daha sonra avtomobil yoluna davam edib. Avtosfer.az hadisənin videosunu təqdim edir:
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












