Çin maşını almaq istəyənlərin diqqətinə! – Daha bu avtomobillər ölkədən çıxarılmayacaq

Çin 2027-ci ildən etibarən nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişdirir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Əgər 2026-cı ildə istənilən markadan olan nəqliyyat vasitəsi yalnız Çində 180 gündən artıq müddətdə qeydiyyatda olduğu təqdirdə ixrac edilə bilirdisə, 2027-ci ildən başlayaraq istehsalçıdan həm də ölkə xaricində təmir işlərini həyata keçirməyə və ehtiyat hissələri ilə təchiz etməyə qadir olan servis mərkəzlərinin mövcudluğunu təsdiqləmək tələb olunacaq.
Bundan sonra Çin rəsmiləri istənilən vaxt istehsalçılardan sənədlər, işçi heyəti haqqında məlumat və avadanlıqların fotoşəkillərini tələb edə biləcəklər.
Yeni qərarın məqsədi nədir və bazarda nələrə səbəb ola bilər?
Avtomobil satışı üzrə mütəxəssis Eldəniz Cəfərov “Bakupost”a bildirib ki, bu qərar əslində Çin hökumətinin öz imicini, istehsalçı və biznesin marağını qorumaq məqsədi daşıyır:
“Çin qanunvericiliyində mövcud olan boşluqdan istifadə edən bu ölkə vətəndaşları Çin istehsallı avtomobilləri alıb, daha sonra ikinci əl olaraq müxtəlif ölkələrə, o cümlədən Azərbaycana satırdılar. Belə işlənmiş maşınları satdıqda Çin hökuməti avtomobilin əlavə gəlir vergisini, yəni dəyərin 15 faizini həmin vətəndaşa ödəyirdi”. Ekspertin sözlərinə görə, bu fonda vətəndaşa heç bir istehsalçı zəmanəti olmayan maşınları alıb, bir-iki həftə onu idarə edib, sonra kilometrajını geri çəkib, yeni avtomobil adı ilə başqa ölkələrə satmaq sərf edirdi:
“Belə avtomobillərdə zavod qüsurlarının olması barədə də məlumatlar olmur. Nəticədə avtomobildə olan problemlərə görə heç kim cavabdehlik daşımırdı. Azərbaycanda da belə avtomobillərə çox rast gəlinib. Həmin maşınlar daha çox qəzalara səbəb olur”.
Mütəxəssis qeyd edir ki, bütün bunlar Çinin imicinə mənfi təsir göstərdiyindən, Pekin nəhayət mövqeyini dəyişməli olub:
“Texniki problem, istehlakçı hüquqlarının pozulması, rəsmi diller və distbyutorların problem yaşaması səbəbindən Pekin nəhayət belə bir manipulyativ sxemin qarşısını almaq qərarına gəlib. Belədə daha ölkəmizə Çindən qeyri-rəsmi, köhnə avtomobillər təzə avtomobil adı ilə gətirilməyəcək. Yaranmış durumda Çin maşınlarının qiyməti də hazırkı real səviyyəsinə qayıdacaq”.
Yeni məcburiyyət: Bu maşınlar ucuzlaşır
Azərbaycanda avtomobil almaq çətinləşir? - FOTO
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO












