İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT

Avtobazar 4 Avqust 2026 20:51
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
WhatsApp kanalımıza abunə olun

İyul ayında ikinci əl avtomobil bazarında həm satışa çıxarılan avtomobillərin sayı, həm də qiymətlər üzrə fərqli mənzərə yaranıb. Statistikaya görə, şəhər və rayonlar arasında elanların sayı və orta satış qiymətləri baxımından ciddi fərqlər müşahidə olunur.

Bəs bu göstəricilər bazarın hazırkı vəziyyəti və yaxın aylarda qiymətlərin necə dəyişəcəyi barədə nə deyir?

Hazırda avtomobil almaq üçün münasib vaxtdır, yoxsa alıcılara bir qədər gözləmək tövsiyə olunur?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Qaynarinfo-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, böyük şəhərlərdə ikinci əl avtomobillərə tələb daha çoxdur:

"Böyük şəhərlərdə tələb daha çoxdur, alıcıların seçim imkanları da genişdir və qiymətlər yüksək ola bilər. Bölgələrdə isə tələb az olduğundan bəzi modellərin qiyməti fərqli qala bilir. Yəni hazırkı vəziyyət onu göstərir ki, ikinci əl avtomobil bazarında kəskin qiymət artımı müşahidə olunmur. Təklif kifayət qədər genişdir və alıcıların seçim etmək imkanları da var".

Eldəniz Cəfərov qeyd edib ki, buna görə də, bazarı hazırda nisbətən balanslı hesab etmək olar:

"Yaxın aylarda qiymətlərə təsir edə biləcək əsas amillər isə yeni avtomobillərin idxal həcmi, valyuta məzənnəsi, kredit şərtləri və mövsümi tələbat olacaq. Əgər bu göstəricilərdə hər hansı bir ciddi dəyişiklik baş verməsə, qiymətlərdə kəskin artım və ya azalma gözlənilmir".

Oxunub : 292
ŞƏRH YAZ
Ad

E-mail

Şərh