Banner

Yeni məcburiyyət: Bu maşınlar ucuzlaşır

Avtobazar 28 Sentyabr 2026 14:06
Yeni məcburiyyət: Bu maşınlar ucuzlaşır
WhatsApp kanalımıza abunə olun

Qışın gəlişi ilə avtomobil bazarında alqı-satqı tempi dəyişir. Hava şəraitinin pisləşməsi, soyuqlar və ilin sonunun gəlməsi bəzi maşın modellərinə olan tələbatı azaldır. Nəticədə, satıcılar maşını əldə saxlamamaq üçün qiyməti aşağı salmağa məcbur olurlar.

Avtosfer.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, qışda ilk növbədə arxa çəkən (arxa ötürücülü) maşınlar ucuzlaşır. Xüsusilə köhnə model "BMW 3" və "5" seriyaları, eləcə də "Mercedes C-Class" və "E-Class" kimi avtomobillər qar və buzlu havada çətin idarə olunduğu üçün alıcıların gözündən düşür. Şaxtalı havalarda bu maşınları sürmək riskli sayıldığından, satıcılar qiymətdə ciddi güzəştə gedirlər.

İkinci növbədə, bazarda həddən artıq çox olan köhnə hibrid və kompakt maşınların qiyməti aşağı enir. "Toyota Prius", "Ford Fusion" və "Chevrolet Cruze" kimi modellər ikinci əl bazarında bol olduğu üçün rəqabət yüksəkdir. Üstəlik, soyuq havalarda hibrid maşınların batareyaları daha tez zəifləyir və yanacaq işlətməsi artır. Bu da alıcıların tərəddüd etməsinə və qiymətlərin düşməsinə səbəb olur. Sezar pizza

Daha bir ucuzlaşan qrup isə mühərriki böyük və ili köhnə olan maşınlardır. Qışda maşını qızdırmaq və sürmək daha çox benzin tələb edir. Yanacaq xərci yüksək olan köhnə maşınları saxlamaq sürücünün cibinə ziyan vurduğu üçün insanlar bu modelləri almağa həvəs göstərmirlər.

Eyni zamanda, ilin sonuna doğru yeni maşın salonları keçən ilin modellərini satıb qurtarmaq üçün müxtəlif endirim kampaniyaları edirlər. Bu da ikinci əl maşın satanları qiyməti endirməyə vadar edir.

Qısası, qışda dörd çəkən (4x4) uca maşınlar və cip modelləri bahalaşsa da, arxa çəkən sedanlar, köhnə hibridlər və çox benzin işlədən maşınlar ucuzlaşır. Avtomobil almaq istəyənlər üçün qış ayları bu maşınları daha sərfəli qiymətə tapmaq imkanı yaradır.

 

Oxunub : 132
ŞƏRH YAZ
Ad

E-mail

Şərh