1200 dollara alınan "Ceyms Bondun avtomobili" min dəfədən çox bahalaşdı - FOTO

Böyük Britaniyadan olan təqaüdçü Con Uilyams yarım əsrdən çoxdur ki, əsl xəzinəyə sahibdir.
Avtosfer.az "Autoevolution"a istinadən xəbər verir ki, 1972-ci ildə Uelsdəki yanacaqdoldurma məntəqəsində qaynaqçı və mexanik işləyən 18 yaşlı gənc işlənmiş "Aston Martin DB5 Vantage" almaq qərarına gəlib. Yeddi yaşlı avtomobil ona cəmi 900 funt sterlinqə (1200 dollar) başa gəlib.
Beş il sonra britaniyalıya Yaxın Şərqdə gəlirli bir iş təklif edilib və o, "Aston Martin"i öz qarajında qoyub getməli olub. Uilyamsa dəfələrlə avtomobili satmaq təklif olunsa da, o imtina edib.
2022-ci ildə mexanik avtomobili bərpa etmək qərarına gəlib. İş üç il çəkib.
İndi "Aston Martin DB5 Vantage" idman avtomobili yeni kimidir və dəyəri bir milyon funt sterlinqdən (1.32 milyon dollar) çoxdur. Buna baxmayaraq, britaniyalı sevimli avtomobilini satmaq niyyətində deyil.
Qeyd edək ki, "Aston Martin DB5 Vantage"in yüksək qiyməti onun "Ceyms Bondun avtomobili" kimi məşhurlaşması və nadir olması ilə əlaqədardır. Bu maşınlardan yalnız 39 ədəd istehsal olunub.
"Aston Martin DB5 Vantage"in əsas xüsusiyyəti 325 at gücü istehsal edən 4.0 litrlik altısilindrli mühərrikdir. 0-dan 100 km/saat-a qədər sürətlənməni 6.5 saniyəyə həyata keçirir. Avtomobilin maksimal sürəti 240 km/saat-a çatır.
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR















