130 ton yük götürən avtomobili qadınlar sürəcək - FOTO

Rusiyada qadınların avtomobil sürməsi üçün maraqlı layihə həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, Saxalində yerləşən Şərq dağ-mədən şirkəti ağırtonajlı karxana avtomobillərini idarə etmək üçün qadınları cəlb edib. İndi zərif cinsin nümayəndələri 130 ton yük götürən Belaz-75131 avtomobilini idarə edəcəklər.
Bunun üçün avtomobil xüsusi boya ilə qızılgül rənginə boyanıb, qadınlara təlim keçirilib. Qadınlar gələn aydan müntəzəm işə başlayacaqlar.
Bir neçə kəlmə də Belaz-75131 barədə. Belarusiyda istehsal olunan avtomobilin kütləsi 107 ton, yükgötürmə qabiliyyəti 130 tondur. Həcmi 50 litr olan mühərrik 1623 at gücü hasil edir və 1000 kilovatlıq generatorla dəstləşdirilib.
Avtomobilin yanacaq çəninin tutumu 2 ton, mühərrikin yağ tutumu 200 litrdir. Bu texnikanın iş prinsipi bizim hər gün bakı küçələrində gördüyümüz hibridlərdən çox da fərqlənmir.
Maşın ümumi təyinatlı yollarda istismar edilmək üçün nəzərdə tutulmayıb.
Vüqar
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
1984-cü ildə Avropada "VAZ-2107" reklamı - FOTO
“Toyota”nın Avropada rekordu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert














