249 min dollarlıq “Hummer H1” - FOTO

Amerikan Mil-Spec Automotive (MSA) atelyesi “Hummer H1” modelinin bazasında inşa edilmiş restomodun dördüncü nüsxəsini təqdim edib. Avtosfer.az xəbər verir ki, dördqapılı hardtop modifikaisyasında olan ofrouder, digər modellərdə quraşdırılmayan 40-düymlük şinlərinə, aviasiya alüminiumundan hazırlanmış dama və əlavə asma avadanlığa sahib olub. 004 nömrəli avtomobilin qiyməti 249 min dollar təşkil edir.

MSA 004 adi “Hummer” ofrouderindən təkər izini 203 millimetr, avtomobilin enini isə 178 millimetr genişləndirlən xüsusi kuzov dəsti ilə fərqlənir. Eyni zamanda, avtomobil güc bamperləri, müdafiə qövsləri, ehtiyat təkərin bərkitməsi və işıqdiodlarından hazırlanmış köməkçi işıqlandırma ilə təchiz edilir. Ofrouderin avadanlıq siyahısına bucurqad və şnorkel də daxil edilib.

MSA 004 510 at qüvvəsi və 1355 Nm fırlanma anı hasil edən 6,6-litrlik V8 dizel aqreqatı ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli adaptiv Allison 1000 transmissiyası ilə tandemdə çalışır. (autograph.az)



ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












